ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceymsin karyerası ilə bağlı yekun qərarı bəlli olub.
Newsport.az-ın məlumatına görə, 39 yaşlı oyunçu açıqlamasında yaxın vaxtlarda idmanı tərk etməyi planlaşdırmadığını söyləyib.
"Oyuna hər şeyimi verə bilməyəcəyim gün basketboldan ayrılacağam. İndi sizi sevindirəcəyəm, belə gün hələ gəlməyib", - deyə məşhur basketbolçu bildirib.
Qeyd edək ki, Lebron Ceyms 2022/2023 mövsümündə 56 oyun keçirib. O, orta hesabla 28,9 xal, 8,3 ribaund və 6,8 məhsuldar ötürmə ilə yadda qalıb. 2003-cü ildən peşəkar karyerası davam edən təcrübəli oyunçu 4 dəfə NBA çempionu olub.