FİFA Ronaldonun klubunu cəzalandırdı

FİFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu cəzalandırıb.

Newsport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Kriştiano Ronaldonun klubuna qarşı bu cəzanın çıxarılmasına ərəblərin Ahmed Musanın transferinə görə "Lester"ə təzminatı tam ödəməməsi səbəb olub.  

A.Musa 2018-ci ildə İngiltərə klubundan 16.5 milyon avro qarşılığında "Əl-Nəsr"ə transfer edilib. O, 2 il bu komandada oynayıb. Məlumata görə, təzminat tam ödənilmədiyindən FİFA "Əl-Nəsr"in yeni transferlərinə lisenziya vermir. Bu səbəbdən onlar FİFA bayrağı altında keçirilən klubsəviyyəli yarışlarda iştirak edə bilmirlər. 

Səudiyyə Ərəbistanı təmsilçisi "Lester"ə 390 min funt (457 min avro) ödəyəcəyi halda FİFA cəzanı aradan qaldıracaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right