“Barselona” yeni transferini açıqladı

“Barselona”nın prezidenti Joan Laporta “Atletiko Paranaense”nin hücumçusu Vitor Rokeni transfer etdiklərini açıqlayıb. Newsport.az xəbər verir ki, klub rəhbəri 18 yaşlı “sambaçı”nın artıq müqavilə imzaladığını təsdiqləyib.
 
Lakin o, Braziliya millisinin üzvünün 2024-cü ilin yanvarında “Barsa”ya qoşulacağını vurğulayıb:
 
“Roke müqaviləyə artıq imza atıb. O, 2024-cü ilin yanvarında və ya şərtlər dəyişməsə, 2024-cü ilin iyununda komandaya qoşulacaq. Müqavilə imzalanıb və o, artıq “Barsa”nın oyunçusudu. Rokenin öz üslubu var. Onu Ronaldo və ya Romario ilə müqayisə etmək olmaz”.
 
Qeyd edək ki, Vitor Roke bu il “Atletiko Paranaense”nin heyətində bütün turnirlərdə 25 oyunda 10 qol vurub, 5 assist edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right