“Borussiya”da 8 milyonluq yeni futbolçu

Almaniyanın “Borussiya” (Mönhenqladbah) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubundan sağ cinah vingeri Frankt Honoratı transfer edib.

Almaniya klubu bu transfer üçün Liqa 1 təmsilçisinə 8 milyon avro ödəyib. 26 yaşlı fransız futbolçu ilə də 5 illik müqavilə imzalanıb.

“Nitsa”nın yetirməsi olan futbolçu ölkəsində “Soşo”, “Klermon”, “Sent Etyen” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Brest”də çıxış edən vinger bu komandada 109 oyuna 25 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right