"Neftçi"nin sabiq futbolçusu Portuqaliya klubunda

"Neftçi"nin sabiq futbolçusu Xorxe Korreanın yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, argentinalı vinger karyerasını Portuqaliyada davam etdirəcək. 30 yaşlı ön xətt oyunçusu "Torrense" klubuna keçib. Təcrübəli futbolçu ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xorxe Korrea 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvarınadək "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində 2 Premyer Liqa matçında meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right