Kleman Lanqle iyulun 18-dək “Barselona”nın məşqlərinə qatılmayacaq. Bunun səbəbi 28 yaşlı mərkəz müdafiəçisi ilə yolların ayrılmasıdır.
Newsport.az xəbər verir ki, həm fransalı oyunçu, həm də klub əməkdaşlığı davam etdirməyi lazım bilmir. Bu səbəbdən hazırda potensial müştərilərlə danışıqlar gedir. Futbolçu tibbimüayinədən keçsə də, klub onun məşqlərə qoşulmasına icazə verməyib.
Son mövsümü “Tottenhem”də icarədə keçirən futbolçunun bu komandada qalması mümkündür. Londonlular daha öncə “Barselona”ya 10+5 milyon avroluq təklif paketi göndərmişdi. İspaniya nəhəngi daha sərfəli təklif gözlədiyindən “Tottenhem”ə qəti cavab verməyib.
Lanqlenin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək. O, 2018-ci ildə “Sevilya”dan 36 milyon avroya alınmışdı.