Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Qara Dəniz təmsilçisi "Udineze"dən Filip Benkoviçi rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Trabzonspor" xorvatiyalı mərkəz müdafiəçisini satınalma maddəsi ilə 2023/24 mövsümünün sonuna kimi icarəyə götürüb. Super Liqa təmsilçisi 25 yaşlı arxa xətt oyunçusuna 1,1 milyon avro maaş verəcək.
Qeyd edək ki, "Udineze" Filip Benkoviçi 2022-ci ilin yanvar ayında "Lester Siti"dən transfer edib. Futbolçu son mövsümü icarə əsasında Braunşveyq "Ayntraxt"ında keçirib.