"Neftçi"dən ayrılan futbolçu Serbiya klubunda

"Neftçi"dən ayrılan Voislav Stankoviçin yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, serbiyalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. 35 yaşlı futbolçu Pançevo "Jelezniçar"ı ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli arxa xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Voislan Stankoviç Azərbaycanda "İnter" (indiki "Şamaxı") və "Qəbələ"də çıxış edib. O, 2019-cu ildən "Neftçi"nin şərəfini qoruyurdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right