Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini rəsmiləşdirib.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi "Strasburq"dan ayrılan Aleksander Cikubu rənglərinə bağlayıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
"Fənərbaxça" 28 yaşlı mərkəz müdafiəçisi ilə 3+1 illik rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Aleksander Ciku 2019-cu ilin yayından "Strasburq"da çıxış edirdi. Qanalı futbolçu son mövsümdə Fransa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.