Keyn üçün yeni təklif

“Bayern” Harri Keynin transferi üçün növbəti cəhdi edib. Münhenlilər İngiltərə millisinin hücumçusu üçün “Tottenhem”ə 82 milyon avro dəyərində təklif göndərib.

Newsport.az xəbər verir ki, yüksək səviyyəli mərkəz hücumçusu almağı qarşıya məqsəd qoyan Almaniya çempionu hazırda yalnız Keynlə maraqlanır. İngilislər 70 milyonluq ilk təklifi geri çevirmişdi. Lakin indiki variant “Tottenhem” rəsmilərini razı salmalıdır. London klubu 100 milyon avro tələb edir, münhenlilərin təklifində bonusların da nəzərdə tutulduğunu nəzərə alsaq, razılaşmaq ehtimalı böyükdür.

Keyn klubdan ayrılmaq qərarında qətidir. O, titullar qazanmaq istəyir və bu səbəbdən daha güclü kluba keçmək arzusundadır. “Tottenhem” hücumçunu İngiltərədəki əsas rəqiblərinə satmaqdan imtina etdiyindən yalnız “Real” və “Bayern” variantları var. Madridlilər müzakirələri dayandırdığı üçün yalnız münhenlilərlə anlaşma mümkün görünür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right