Ture “Barselona”nı daha üstün sayır

“Barselona” və “Mançester Siti”nin sabiq oyunçusuYaya Ture bu iki komandanı müqayisə edib. Yarımmüdafiəçi müxtəlif dövrlərdə ən yaxşı futbolunu oynayan kollektivlərdən özünün oynadığı heyəti ən güclü sayıb.

Ture Xosep Qvardiolanın rəhbərliyi altında bi mövsümə üç kubok qazanan iki komandadan birini fərqləndirib: “Müqayisə etmək çətindir. Amma məncə, 2009-cu ilin “Barselona”sı 2023-ün “Mançester Siti”sini yenərdi. Həmin kollektiv çox güclü idi. O, arzuların komandası idi. Andres İnyesta 26-27, Xavi Ernandes 28 yaşında idi, hücumda Tyerri Anri, Lionel Messi, Samuel Eto oynayırdı. Özümü və Serxio Busqetsi də qeyd edə bilərəm. Həmin komanda mükəmməl idi”.

Hazırda məşqçi kimi çalışan 40 yaşlı kot divuarlı 2007-2010-cu illərdə “Barselona”da oynayıb. Sonradan “Mançester Siti”yə satılan sabiq yarımmüdafiəçi 8 il İngiltərə təsilçisində forma geymişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right