“Sabah”ın maraq dairəsində olan rusiyalı futbolçu Maqomed-Şapi Süleymanovun transfer qiymətində dəyişiklik olub. Newsport.az “Transfermarkt”a istinadən xəbər verir ki, 24 yaşlı hücumçunu almaq indi daha çətindir.
Çünki müqavilə ilə “Krasnodar”a məxsus olan Süleymanov 12 milyon avro dəyərindədir. Ötən mövsümü icarə əsasında keçirdiyi İsrail klubu “Hapoel”dəki (Beer-Şeva) yüksək performansı Rusiyanın gənclər millisinin sabiq üzvünün qiymətini 5,5 milyon avro artırıb. Bu isə son bir il ərzində rusiyalı oyunçular arasında ən böyük yüksəlişdir.
Qeyd edək ki, Maqomed-Şapi Süleymanovun “Krasnodar”la müqaviləsi gələn ilin yayına qədərdir. “Sabah”ın ona illik 250-300 min avro maaş ödəməyə hazır olduğu bildirilir.