"Mançester Yunayted"lə müqaviləsi başa çatan David De Xea gələcəyi barədə qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə, ispaniyalı qolkiper "qırmızı şeytanlar"ı tərk edib. 32 yaşlı "əlcək sahibi" sosial şəbəkə hesabında etdiyi paylaşınla klub və azarkeşlərlə vidalaşıb.
Qeyd edək ki, "Mançester Yunayted" David De Xeanı 2011-ci ilin yayında "Atletiko"dan transfer etmişdi. Təcrübəli futbolçu Premyer liqa təmsilçisinin heyətində 545 rəsmi matçda meydana çıxıb.