Səudiyyə Ərəbistanı klubu "Fənərbaxça"nın hücumçusunu istəyir

"Fənərbaxça"nın futbolçusu Joao Pedro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçunun xidmətində "Əl Xalic" klubu maraqlıdır. Bu barədə Qətər mətbuatı məlumat yayıb. Ərəblər italiyalı forvardın transferi ilə bağlı İstanbul klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Fənərbaxça" Joao Pedronu ötən ilin yayında "Kalyari"dən transfer edib. İtaliya millisinin üzvü "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right