"Neftçi"nin yeni baş məşqçisi təyin olunacağı gözlənilən Adrian Mutu Rumıniyanın "Rapid" klubundan ayrılıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Adrian Mutu 2022-ci ilin mart ayından "Rapid"i çalışdırırdı. Komanda onun rəhbərliyi altında 28 qələbə qazanıb, 12 heç-heçə edib, 16 matçda isə məğlub olub.
Rumıniya mətbuatı Adrian Mutunun "Neftçi"nin Sankt-Peterburqda baş tutan təlim-məşq toplanışına qoşulmaq üçün Rusiyaya gedəcəyini iddia edir.