Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Cəbəllütariq təmsilçisi Mandi Sosanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Mandi Sosa son olaraq "Unionistas" klubunda çıxış edib.
Qeyd edək ki, "Qarabağ" və "Lonkoln" arasında ilk oyun 11 iyul tarixində Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq.

























