Premyer Liqa klubu iki futbolçunun müqaviləsini uzatdı

İngiltərənin "Nyukasl" klubunda iki yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Loris Karius və Pol Dammetin sözləşməsinin müddətini uzadıb. Bu barədə "sağsağanlar"ın mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu 2023/2024 mövsümünün sonuna kimi komandada qalacaq.

Qeyd edək ki, "Nyukasl" Pol Dammeti 2013-cü ilin yayında "Sent Mirren"dən transfer edib. Lorus Karius isə ötən ilin sentyabr ayından "ağ-qara" formanı geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right