“Yuventus” yeni müdafiəçi transfer etməyə hazırlaşır. Turinlilər axtardığını Mançesterdə satıb.
Newsport.az xəbər verir ki, “Mançester Siti”də heyətə düşməyə çətinlik çəkən Aymerik Laport “Qoca sinyora”nın əsas hədəfidir. İspaniya millisinin üzvü daim oynayacağı komanda axtarır və bu baxımdan “Yuventus” əla seçimdir. Yalnız turinlilərin Çempionlar Liqasından kənar qalması mərkəz müdafiəçisinin tərəddüdünə səbəb olub.
“Şəhərlilər” 29 yaşlı futbolçunu 30 milyon avroya satmaq istəyir. 5 il öncə Bilbao “Atletik”indən gələn Laportun 2025-ci ilədək müqaviləsi olsa da, yolların elə indi ayrılacağı real görünür.