PSJ Mbappeyə qiymət qoydu

Fransalı hücumçu Kilian Mbappe yaxın günlərdə PSJ-ni tərk edə bilər. Newsport.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçunun hansı məbləğə buraxmağa razılaşacaqlarına qərar verib. 24 yaşlı futbolçunun minimum qiyməti 200 milyon avrodur.
 
Qeyd olunur ki, Paris klubu Mbappeni satmaqla Neymarın transfer rekordunu (222 milyon avro) yeniləmək niyyətindədir.
Ötən mövsüm PSJ-nin heyətində 34 çempionat oyununa çıxan 24 yaşlı forvard 29 qol vurub və 5 məhsuldar ötürmə edib. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right