"Sassuolo"nun yarımmüdafiəçisi Davide Frattesi "İnter"ə keçib.
Newsport.az-ın məlumatına görə, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 25 milyon avroya transfer etmək haqqı ilə 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, 2022/2023 mövsümündə Frattesi "Sassuolo"nun heyətində bütün yarışlarda 38 oyun keçirib və 7 qol vurub. 23 yaşlı futbolçu İtaliya millisinin də üzvüdür.