"Marsel"in futbolçusu Sead Kolaşinaç komandadan ayrılıb.
Newsport.az-ın məlumatına görə, bosniyalı müdafiəçi "Atalanta"ya keçib. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
A seriyası klubuna azad agent kimi keçən 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kolaşinaç ötən mövsüm "Marsel"on heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.