"Sabah" braziliyalı ilə müqaviləni uzatdı

"Sabah" yarımmüdafiəçisi Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir. 

Qeyd edək ki, Da Silva 2022-ci ilin fevral ayından "Sabah"ın üzvüdür. O, komandada 34 oyun keçirib, 2 qol vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right