Arda Gülər rəsmən "Real"da

Türkiyə millisinin və “Fənərbaxça”nın gənc futbolçusu Arda Gülərin “Real”a keçidi tamamlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İnstaqram hesabında məlumat verilib.  18 yaşlı yarımmüdafiəçi Madrid klubu ilə 6 illik sözləşmə üçün razılaşıb. “Fənərbaxça”bu transferdən 20 milyon avro qazanacaq. Üstəlik, 10 milyon bonus da İstanbul təmsilçisinin hesabına köçürüləcək. Türkiyə klubu Gülərin "Real"dan başqa kluba satılacağı halda daha 20 faiz gəlir götürəcək. 

Türkiyə mətbuatında Madrid təmsilçisinin Arda Gülər üçün İstanbula xüsusi təyyarə göndərdiyi qeyd olunub. O, artıq İspaniyaya yollanıb və bu gün rəsmi sözləşməyə qol çəkəcək. 

Madrid təmsilçisi də sosial şəbəkə hesabları vasitəsi ilə Gülərin transferini açıqlayıb. Klub sabah, yerli vaxtla 12:00-da Arda üçün təqdimat mərasimi təşkil olunacağını bildirib.

Qeyd edək ki, Arda Gülər ​​“Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə bu klubun akademiyasında olub, daha sonra “Fənərbaxça”da çıxış edib. Arda əsas komandanın heyətində 51 matçda 9 qol vurub, 12 qolun ötürməsini verib. O, Türkiyə millisində də 4 oyunda iştirak edib. Yarımmüdafiəçinin "Fənərbaxça" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt". oyunçunu 15 milyon avro dəyərində qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right