"Arsenal" Arsen Venger üçün abidə ucaldır

"Arsenal" sabiq baş məşqçisi Arsen Vengerə "Emireyts" stadionunun qarşısında abidə ucaldacaq.

Newsport.az xəbər verir ki, bu haqda Goal.com məlumat yayıb. 

2003/04 mövsümündə komanda Vengerin baş məşqçiliyi altında bütün mövsüm ərzində turnirdə bir dəfə də olsun məğlubiyyət almadan İngiltərə çempionu olmuşdu. Bunun şərəfinə "Arsenal"ın ev oyunlarını keçirdiyi "Emireyts" stadionunun qarşısında mütəxəssisin heykəli ucaldılacaq.

Venger açılış mərasimində ailəsi, dostları və London liqasının heyətindən olan oyunçularla birlikdə iştirak edəcək.

Qeyd edək ki, Venger 1996-2018-ci illərdə London təmsilçisini çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right