“Mançester Yunayted”də futbolçular Lui van Qaldan narazıdı

"Mançester Yunayted”də aparıcı futbolçularla baş məşqçi Lui van Qal arasında narazılıq yaranıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar”ın bəzi aparıcı simaları paltardəyişmə otağında baş tutan görüşdə birbaşa hollandiyalı çalışdırıcının özünə onun keçdiyi məşqlərdən narazı olduqlarını söyləyib.
 
Mövsümün startındakı aşağı məhsuldarlığın səbəblərinin müzakirə olunduğu həmin görüşdə futbolçular van Qalın həddən artıq ağır məşqlər keçdiyini bildirib. Onlar meydanda daha çox yaradıcılıq, boşluq istəyib. Amma mənbənin məlumatına görə, bu toplantı Van Qalın nəyisə dəyişəcəyi demək deyil və jollandiyalı çalışdırıcı bildiyi və tətbiq etdiyi məşq metodlarını davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right