"Yuventus"dan ayrılan Anxel Di Mariyanın yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, argentinalı vinger "Benfika"ya keçib. Bu barədə Portuqaliyalı klubunun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı ön xətt oyunçusu ilə 2023/24 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Anxel Di Mariya 2007-2010-cu illər arasında "Benfika"da çıxış edib.