Türk müdafiəçi "Atletiko" ilə müqavilə imzaladı

"Lester Siti" ilə müqaviləsi başa çatan Çağlar Söyüncünün yeni komandası müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı mərkəz müdafiəçisi "Atletiko"ya keçib. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azad agent statusunda olan türk müdafiəçi La Liqa klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Çağlar Söyüncü "Lester Siti"yə 2018-ci ilin yayında "Frayburq"dan transfer olunmuşdu. Türkiyə millisinin üzvü son mövsümdə "tülkülər"in heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right