Mauro İkardi üçün 80 milyon avroluq təklif

PSJ-nin hücumçusu Mauro İkardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, argentinalı forvardın xidmətində "Əl Şabab" maraqlıdır. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Ərəblər İkardi üçün PSJ-yə 20 milyon avro təklif edib. Keçid baş tutsa, 31 yaşlı ön xətt oyunçusu 2 illik müqavilə üçün 80 milyon avro qazanacaq.

Qeyd edək ki, Mauro İkardi son mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. Təcrüəbli hücumçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right