"Beşiktaş" norveçli futbolçu ilə maraqlanır

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Lex"in yarımmüdafiəçisi Kristoffer Velde ilə maraqlanır. Bu barədə Fabritsio Romano məlumat yayıb. "Ağ-qaralar" norveçli vinger üçün Poznan təmsilçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Lex" Kristoffer Veldeni 2022-ci ilin yanvar ayında "Höyqesunn"dan transfer edib. 23 yaşlı ön xətt oyunçusu Polşa klubunun heyətində meydana çıxdığı 58 rəsmi matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right