Super Liqa klubunda 10 ayrılıq

Türkiyənin “Antalyaspor” klubu 10 futbolçusu ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Rusiyalı müdafiəçi Fyodr Kudryaşovla müqavilənin müddəti bitdiyi üçün onunla yeni sözləşmə imzalanmayıb.

İsveçrəli hücumçu Admir Mehmedi ilə müqaviləyə isə qarşılıqlı razılıq əsasında xitam verilib.

Antalya təmsilçisi digər klublardan icarəyə götürdüyü 8 futbolçu ilə də yollarını ayırıb. Elita təmsilçisi Doğukan Sinik, Alassane Ndao, Cemali Sertel, Mark Mampassi, Kristian Luyindama, Balint Sabo, Bertuğ Yıldırım və Emrecan Uzunhanın icarə müddətinin bitdiyini və öz klublarına qayıtdıqlarını elan edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right