“Atletiko” bu transfer üçün bir oyunçusundan və 5 milyon avrosundan keçdi

“Selta” və “Atletiko” klubları oyunçularını dəyişdiriblər.

Newsport.az-ın məlumatına görə, “Selta”nın sol cinah müdafiəçisi Xavi Qalan “Atletiko”ya keçibsə, Madrid təmsilçisinin eyni mövqedə çıxış edən yetirməsi Manu Sançes də əks düşərgəyə yollanıb.

“Atletiko” bu transfer üçün “Selta”ya 5 milyon avro ödəyib. “Selta” isə Manuya görə heç bir ödəniş etməyib.

“Atletiko” 28 yaşlı ispan futbolçu ilə 3 illik müqavilə bağlayıb. 22 yaşlı Manu isə “Selta” ilə 5 illik sözləşməyə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right