Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Bolqarıstanın ÇSKA 1948 komandasına qarşı keçirdikləri yoxlama oyununda fərqlənib.
Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə ilk qolun müəllifi olub. Futbolçumuzun komandası isə meydanı 3:2 hesablı qələbə ilə tərk edib.
Qeyd edək ki, Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə “Konyaspor”unda keçirib və bu yay yenidən müqavilə ilə məxsus olduğu “Dinamo”ya qayıdıb.