Ramos Xaviyə çatdı

İspaniya millisinin futbolçusu Serxio Ramos komandasında yeni uğura imza atıb.

Newsport.az-ın məlumatına görə, AÇ-2016-nın seçmə mərhələsində keçirilən Makedoniya - İspaniya (0:1) matçında 29 yaşlı müdafiəçi yığmadakı 130-cu oyununda 100-cü qələbəsi qələbəsini qazanıb.

Millidəki yubiley qələbəsini qazanan Ramos bununla da, komanda yoldaşı Xavi Hernandezin uğuruna şərik çıxıb. İspaniya yığmasının heyətində 118 oyunda qələbə qazanan İker Kasilyas isə bu göstərici ilə hər iki futbolçunu da qabaqlayı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right