Ərəblər Qattuzonu da istəyir

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli” italiyalı mütəxəssis Cennaro Qattuzonu komandanın baş məşqçi postuna gətirmək istəyir.

Newsport.az-ın məlumatına görə, ərəblər Qattuzoya mövsümlük 9 milyon avro maaşla 2 illik müqavilə təklif etməyi düşünür.

İtaliyalı mütəxəssis hazırda işsizdir. Onun sonuncu iş yeri 2022-ci ilin iyulundan 2023-cü ilin yanvarına qədər çalışdığı “Valensiya” olub.

Qattuzo karyerası ərzində “Napoli”, “Milan”, “Palermo” kimi klublarda da çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right