İnyesta Yaponiya klubunu tərk etdi

Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubunu tərk edib.

Newsport.az-ın məlumatına görə, klubla müqaviləsinin müddəti sona çatan ispaniyalı yarımmüdafiəçi ötən gün Yaponiya təmsilçisində vida matçına çıxıb.

Qeyd edək ki, 39 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayında "Barselona"dan ayrılaraq “Vissel Kobe”yə keçmişdi. O, bu müddətdə 134 oyuna 26 qol vurub və 25 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right