Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun oğlu Kristian Şevçenko "Uotford" klubu ilə müqavilə bağlayıb.
Newsport.az-ın məlumatına görə, bu barədə 16 yaşlı hücumçu İnstaqram hesabında paylaşım edib. O, İngiltrərə klubunun gənclərdən ibarət komandasında çıxış edəcək.
Qeyd edək ki, Kristian kişik yaşlarında "Çelsi"nin akademiyasında olub. O, 2022-ci ildə "Çelsi"dən "Tottenhem"ə keçib.