Millimizin müdafiəçisi PAOK-da

Qadın futbolçulardan ibarət milli komandamızın üzvü Ayşən Əhmədova karyerasını Yunanıstanda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi PAOK-a keçib. Yunanıstan klubu futbolçumuzla 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ayşən son olaraq Türkiyənin "ABB Fomget" komandasında çıxış edirdi. O, Türkiyə klubu ilə son mövsümdə çempionluq yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right