"Milan" onunla yollarını ayırdı

İtaliyanın "Milan" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" qapıçı Çiprian Tataruşanu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsi uzadılmayıb.

Qeyd edək ki, "Milan" Çiprian Tataruşanunu 2020-ci ilin yayında "Lion"dan transfer etmişdi. Rumıniyalı qapıçı komandanın heyətində 37 oyun keçirib. O, 12 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right