Sabiq "Liverpul"lu "Fənərbaxça"da

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Reyncers"dən ayrılan Rayan Kenti rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərəli vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Rayan Kent "Reyncers"ə 2019-cu ilin yayında "Liverpul"dan keçmişdi. 26 yaşlı ön xətt oyunçusu Şotlandiya təmsilçisinin heyətində meydana çıxdığı 218 rəsmi matçda 33 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right