Arda Güler "Barselona"da

"Fənərbaxça"nın gənc futbolçusu Arda Gülerin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi karyerasını "Barselona"da davam etdirəcək. "Fənərbaxça"nın 18 yaşlı oyunçunun transferindən 26,5 milyon avro gəlir əldə edəcəyi bildirilir.

Tərəflər arasında əldə olunan razılığa əsasən, Arda 2023/2024 mövsümünü icarə əsasında İstanbul təmsilçisində keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Arda Güleri 2019-cu ildə "Genclerbirliyi" akademiyasından heyətinə cəlb edib. Türkiyə millisinin üzvü son mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right