"Fənərbaxça"da ayrılıq

Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, müdafiəçi Ezcan Aliosko İstanbul təmsilçisini tərk edib. Bu barədə şimali makedoniyalı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. 31 yaşlı sol cinah müdafiəçisi müqavilə ilə məxsus olduğu "ƏI Əhli" klubuna qayıdıb.

Qeyd edək ki, "Fənərbaxça" Ezcan Alioskini 2022-ci ilin avqust ayında icarəyə götürmüşdü. Şimali Makedoniya millisinin üzvü Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 17 Super Liqa matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right