"Fənərbaxça"dan ayrılan baş məşqçinin yeni iş yeri bəlli oldu

"Fənərbaxça"dan ayrılan Jorje Jesusun yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 68 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanında çalışacaq. Jesus "Əl Hilal"ın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Jorje Jesus 2022/2023 mövsümündə "Fənərbaxça"ya rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right