İspaniyanın "Barselona" klubunda ayrılıq gerçəkləşib.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi Samuel Umtiti ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Barselona" Samuel Umtitini 2016-cı ildə "Lion"dan transfer edib. 29 yaşlı mərkəz müdafiəçisi son mövsümü icarə əsasında "Leççe"də keçirib.