"Latsio" "Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyranın transferi üçün danışıqları davam etdirir.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi İtaliya çempionatına qayıtmaq niyyətindədir. Onun agenti tərəflər arasında razılığa gəlmək üçün fəal işləyir. Uruqvaylı ilə "Latsio"nun müqavilə müddəti 2027-ci ilə kimi nəzərdə tutulub. Torreyra isə 2026-cı ilin yayına qədər "Qalatasaray"a məxsusdur. Türkiyə çempionu transferi 6 milyon avroya başa gələn yarımmüdafiəçini yüksək qiymətə satmağı planlaşdırır.
Xatırladaq ki, Lukas əvvəllər “Atletiko”(Madrid), “Fiorentina”, "Sampdoriya", "Arsenal"da oynayıb.