Danimarka millisinin üzvü 29 yaşında karyerasını başa vurdu

Belçikanın "Antverpen" klubunun futbolçusu Viktor Fişer peşəkar karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, danimarkalı yarımmüdafiəçi 29 yaşında vida qərarı verib. Təcrübəli orta xətt oyunçusu tez-tez zədələndiyi üçün karyerasını bitirməli olub.

Qeyd edək ki, Viktor Fişer "Orxus"un yetirməsidir. O, karyerası ərzində "Ayaks", "Midlzbro", "Maynts", "Kopenhagen" və AİK-də çıxış edib. Fişer Danimarka millisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right