Ziyeşin "Əl Nəssr"ə transferi baş tutmadı

"Çelsi"nin futbolçusu Hakim Ziyeşin "Əl Nəssr"ə transferi baş tutmayıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı vingerin Səudiyyə Ərəbistanı təmsilçisi üçün keçdiyi tibbbi müayinə uğursuz alınıb. Belə ki, futbolçunun dizində zədə aşkarlanıb. Mərakeşli ön xətt oyunçusu Londonda qalacaq.

Qeyd edək ki, "Çelsi" Hakim Ziyeşi 2020-i ilin yayında "Ayaks"dan transfer edib. Mərakeş millisinin üzvü son mövsümdə "mavilər"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right