Xorvatiya milli komandasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib.
Newsport.az-ın məlumatına görə, o, bu gün istefaya göndərilib. Yeni baş məşqçinin adına sentyabrın 21-dək aydınlıq gələcək.
Qeyd edək ki, Kovaç 2013-cü ildən Xorvatiya yığmasına başçılıq edirdi. Onun istefaya göndərilməsi məsələsi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qolsuz heç-heçə və Norveçə məğlubiyyətdən (0:2) sonra gündəmə gəlmişdi.