Ramil Şeydayev Taylanda getdi Foto

Taylandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilən Ramil Şeydayev transferi tamamlamaq üçün bu ölkəyə yola düşüb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Milli komandamızın üzvü təyyarədən fotosunu paylaşıb. 

Qeyd edək ki, Ramil Şeydayev son iki ildə "Qarabağ"da çıxış edib. Təcrübəli forvard başa çatan mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right