"Çelsi"nin futbolçusu "Milan"da

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, A Seriyası təmsilçisi "Çelsi"dən Ruben Loftus-Çiki rənglərinə bağlayıb. "Rossonerilər" 27 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna 16+4 milyon avro ödəyəcək. "Milan" İngiltərəli orta xətt oyunçusu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ruben Loftus-Çik "Çelsi"nin yetirməsidir. Təcrübəli futbolçu son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right