"Qalatasaray"ın legioneri: "Yuventus"da oynamaq uşaqlıq arzumdur"

"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolo "Yuventus" azarkeşi olduğunu etiraf edib.

Newsport.az-ın məlumatına görə, Türkiyə nəhənginin üzvü Turin klubunda oynamaq arzusunda olduğunu da söyləyib.

"Çempionlar Liqası var, ya yox, bu heç nəyi dəyişmir. "Yuventus"da oynamaq mənim arzumdur. Uşaqlıqdan bu klubda oynamaq istəmişəm. Mənim kumirim Poqbadır".

Zaniolonun İstanbul klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. İtaliyalının müqaviləsində nəzərdə tutulan təzminat məbləği 35 milyon avrodur. Daha əvvəl mətbuatda "Milan"ın Zaniolo ilə maraqlanması haqda xəbərlər yayılmışdı. "Rossonyerlər" bu yay İtaliya millisinin üzvünü heyətinə qatmağı planlaşdırır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right